23 İyun 2025, 00:49
FUTBOL
32 yaşlı fransalı yarımmüdafiəçi Pol Poqba "Monako" ilə anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Bildirilir ki, Poqbanın diskvalifikasiyadan sonra böyük futbola qayıdacaq Poqba ilə müqavilə 2 illik nəzərdə tutulub.
Xatırladaq ki, 2024-cü ilin fevralında futbolçu yüksək testosteron səviyyəsinə görə 4 illik diskvalifikasiya almışdı, lakin oktyabrda bu müddət 18 aya endirilmişdi. Poqbanın sanksiyalardan əvvəl oynadığı "Yuventus" onunla müqaviləni 2024-cü ilin dekabrında ləğv edib.