İtaliyalı baş məşqçi Can Pyero Qasperini "Yuventus"un baş meneceri Damien Komollinin danışıqlar zamanı təkəbbürlü davranışına görə Turin klubunu çalışdırmaqdan imtina edib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Sandro Sabatini məlumat yayıb.

Bildirilir ki, Komolli Qasperiniyə zəng edərək "Məni inandır ki, "Yuventus" niyə səni seçsin" deyib. İtalyan baş məşqçinin isə cavabı belə olub: "Siz mənə zəng etmisininiz, mən sizə yox".

Qeyd edək ki, iyunun 6-da "Roma" 67 yaşlı mütəxəssisin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. Qasperini ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Onun Roma klubundan əvvəl son iş yeri 2016-cı ilin yayından rəhbərlik etdiyi "Atalanta" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest