"Milan" hücumçu Qonsalu Ramuşun transferi ilə bağlı PSJ-yə rəsmi təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Bildirilir ki, məhsuldarlıq bonusları da daxil olmaqla bu məbləğ 45 milyon avroya çata bilər. Lakin Paris klubu portuqaliyalı forvardın satışından 50 milyon avro qazanmaq niyyətindədir.
25 yaşlı futbolçunun qiymətindəki bu kiçik fərqin sövdələşmənin baş tutmasına mane olacağı ehtimalı olduqca azdır. "Milan" Madrid "Atletiko"sunun da maraq dairəsində olan Ramuşun transfer prosesini sürətləndirmək istəyir.
Başa çatan mövsümdə Ramuş bütün turnirlər daxil olmaqla 45 matçda meydana çıxıb, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avro təşkil edir.













