Norveç millisinin hücumçusu Erlinq Holand və yarımmüdafiəçisi Martin Edeqor 2026-cı il dünya çempionatının qrup mərhələsinin III turunda Fransa ilə keçiriləcək oyunda böyük ehtimallı iştirak etməyəcəklər.
Matc.az xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Norveç yığmasının əsas heyət üzvlərinə fransızlarla görüşdə istirahət veriləcək. Seneqalla matçda (3:2) ilk dəqiqələrdən meydana çıxan futbolçulardan Fransa ilə qarşılaşmanın start heyətində yalnız Fredrik Eursnes yer alacaq. Hücumçu Aleksandr Sörlot və əsas qapıçı Eryan Nüland da oyuna ehtiyat oyunçular skamyasında başlayacaqlar.
Qeyd edək ki, qarşılaşma bu gün ABŞ-nin Foksboro şəhərindəki "Cillet" stadionunda baş tutacaq. I qrupunda iki turdan sonra həm Fransa (1-ci yer), həm də Norveç (2-ci yer) 6 xal toplayaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.













