"Mançester Yunayted" qapıçıları Andre Onana və Altay Bayındırın komandadan gedişinə hazırlaşır. "Qırmızı şeytanlar"ın gənclər komandasının qapıçısı Radek Vitekin də klubu tərk edəcəyi gözlənilir.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Mançester təmsilçisi artıq bu qolkiperlərin əvəzləyicilərini axtarır. Adıçəkilən futbolçuların yerinə "Mançester Yunayted" 33 yaşlı Sem Constonu ("Vulverhempton"), 35 yaşlı Karl Darlounu ("Lids") və ya 30 yaşlı Anqus Qannı ("Nottingem Forest"dən ayrılır) transfer edə bilər.

Hazırda komandanın əsas qapıçısı Senne Lammendir. Başa çatan mövsümdə belçikalı qolkiper bütün turnirlər daxil olmaqla 37 matçda meydana çıxıb və onlardan 8-də qapısını toxunulmaz saxlayıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest