PSJ iyunun 15-də başlayacaq klublararası dünya kubokunun favoritdir.

Məşhur analitik şirkəti "Opta"nın superkompüterinə görə, PSJ iyunun 15-də başlayacaq klublararası dünya kubokunun favoritdir.

Matc.az xəbər verir ki, Fransa nəhənginin qalib gəlmə ehtimalı 18,5% qiymətləndirilir.

2025-ci il klublararası dünya çempionatının qalibi olmaq üçün əsas 10 əsas namizəd:

1. PSJ - 18,5%
2. "Mançester Siti" - 17,8%
3. "Bavariya" - 12,8%
4. "İnter" – 12,3%
5. "Real", Madrid - 9,8%
6. "Çelsi" - 8,4%
7. "Borussiya", Dortmund - 5,4%
8. "Atletiko", Madrid - 5,1%
9. "Yuventus" - 3,6%
10. "Benfika" - 3,3%

Qeyd edək ki, turnirdə altı qitə konfederasiyasından ümumilikdə 32 komanda iştirak edəcək. Yarışın final oyunu iyulun 13-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest