16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Matc.az xəbər verir ki, U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.
Aqil Nəbiyevin komandası iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.
Toplanışa aşağıdakı futbolçular dəvət olunublar:
Bilal Hacıyev – "Qarabağ"
Kamal Camalzadə – "Neftçi"
Uğur Qurbanlı – "Qarabağ"
Roman Fərzəli – "Qarabağ"
Vaqif Nəbiyev – "Qarabağ"
Firdovsi Şeydayev – "Sabah"
Tunar Əsgərzadə – "Qarabağ"
Cavidan Əlizadə – "Qarabağ"
Daniil Rəcəbov – "Qarabağ"
Mehdi İsmayılov – "Qəbələ"
Tunar Bayramov – "Qəbələ"
Mehdi Hüseyn – "Marcet" (İspaniya)
Ramil Hacıyev – "Zirə"
Yusif Orucəliyev – EFA
Rəsul Balakişiyev – "Marcet" (İspaniya)
Ömər Kosayev – "Sumqayıt"
Ruslan Quliyev – "Neftçi"
Şikar Şikar – "Neftçi"
Vaqif Məmmədli – "Sabah"
Əli Bəşirov – "Qarabağ"
Nicat Əhmədzadə – "Marcet" (İspaniya)
Nihat Hüseynzadə – "Sabah"