11 İyun 2025, 11:16
DÇ-2026
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Ukrayna yığması növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv “Canaadian Shield Four Nations” turnirində Yeni Zelandiya ilə üz-üzə gəlib. Qarşılaşma Ukraynanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan sentyabrın 9-da və oktyabrın 13-də Ukrayna ilə qarşılaşacaq.