Azərbaycan millisnin 27 yaşlı hücumçusu Renat Dadaşov Ukraynanın "Bukovina" klubunun oyunçusu olub.

Azərbaycan millisnin 27 yaşlı hücumçusu Renat Dadaşov Ukraynanın "Bukovina" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Çernovtsı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçunun transferi azad agent statusu ilə reallaşıb. O, daha bir mövsüm uzadılma imkanı ilə 1 illik müqavilə imzalayıb. Sergey Şişşenkonun komandasında hücumçu 9-cu nömrəli formada çıxış edəcək. Dadaşovun son klubu 2025-ci ilin iyulundan bəri formasını geyindiyi Polşanın "Motor" kollektivi olub.

Qeyd edək ki, Renat alman futbolunun yetirməsidir. O, "Ayntraxt" və "Leypsiq"in strukturlarında yer alıb, daha sonra isə "Vulverhempton"un gənclər komandasında oynayıb, lakin onların əsas heyətində debüt edə bilməyib.

O, həmçinin "Radomyak", "Ankaragücü", "Hatayspor", "Qrasshopper", "Tondela", "Paşuş de Ferreyra" və "Eştoril" klublarında da çıxış edib. Azərbaycan millisinin heyətində Dadaşov 45 oyun keçirib, bu görüşlərdə7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Renat yeni komandasında sentyabrın 13-də debüt edə bilər. Həmin gün "Bukovina" öz meydanında "Zarya"nı qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest