Braziliya və Ekvador seçmələri 16 turdan sonra 25 xal toplayıb. Onlar 7-ci pillədə qərarlaşan Venesueladan 7 xal öndədir.

2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinin daha iki iştirakçısı müəyyənləşib.

Matc.az xəbər verir ki, Braziliya və Ekvador milli komandalarının mundialda iştirak edəcəyi dəqiqləşib.

Hər iki kollektiv DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin bitməsinə 2 tur qalmış bunu bacarıb. Braziliya və Ekvador seçmələri 16 turdan sonra 25 xal toplayıb. Onlar 7-ci pillədə qərarlaşan Venesueladan 7 xal öndədir.

Braziliya yığması 1930-cu ildən keçirilən bütün dünya çempionatlarının final mərhələsində iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest