09 Yanvar 2025, 19:45
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
PSJ Xviça Kvaratsxeliyanın transferini həyata keçirmək arzusundadır.
Matc.az xəbər verir ki, Paris klubu "Napoli"yə təklif paketi hazırlayıb.
Parislilər Gürcüstan yığmasının yarımmüdafiəçisi üçün 80 milyon ödəməyə hazırdır. Həmçinin, "Napoli"yə müəyyən məbləğ və futboçu təklifi də mümkündür.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsümdə İtaliya A Seriyasında 17 oyunda 5 qol vurub, 3 ötürmə ilə yadda qalıb.

            
 










