Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Matc.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Adanaspor"un qonağı olub.

11-cu tur çərçivəsində keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. "Bandırmaspor" 1:0 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib. 21 xal toplayan Coşqunun komandası ən yaxın izləyicisini 2 xal qabaqlayır.

Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Bandırmaspor" 12-ci turda öz meydanında "Bolsupor"la qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest