Futbol üzrə Xorvatiya Kubokunun qalibi bəlli olub. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” komandası finalda “Riyeka” ilə üz-üzə gəlib.

Zaqreb təmsilçisi 3:1 hesablı qələbə sayəsində ölkə kubokuna sahib çıxıb. Bununla da “Dinamo” cari mövsümü “qızıl dubl” ilə tamamlayıb.

Mahir kubokun finalında iştirak etməyib. Emrelinin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest