Braziliya millisinin tarixində ən çox qol vurma ünvanına sahib olan Neymar dünya çempionatından kənarlaşdıqdan sonra Las-Veqasda keçirilən poker turnirində iştirak edib.

Matc.az xəbər verir ki, bu barədə Dünya Poker Seriyasının mətbuat xidməti müvafiq video paylaşıb.

Bildirilir ki, ulduz futbolçu 10 min dollar giriş haqqı olan turnirdə qüvvəsini sınayıb.

Qeyd edək ki, 34 yaşlı Neymar milli komandanın heyətində meydana çıxdığı 130 qarşılaşmada 80 qol vurmağı bacarıb. Braziliya seçməsi ilə 2016-cı ildə Olimpiya çempionu olan hücumçu, həmçinin 2012-ci il Olimpiadasının və 2021-ci il Amerika Kubokunun gümüş mükafatçısı olub, 2013-cü ildə isə Konfederasiyalar Kubokunu qazanıb.

O, 2023-cü ilin oktyabrından sonra ilk dəfə 2026-cı il dünya çempionatında yenidən Braziliya yığmasının formasını geyinib. Komandanın dünya çempionatının 1/8 finalında Norveçə məğlubiyyətindən (1:2) sonra təcrübəli forvard milli karyerasını başa vurduğunu rəsmən elan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest