"Aston Villa"nın və Belçika millisinin mərkəz yarımmüdafiəçisi Yuri Tilemans karyerasını "Mançester Yunayted"də davam etdirəcək. Futbolçu tezliklə Mançester təmsilçisinin heyətinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, "Mançester Yunayted" oyunçunun müqaviləsindəki 41 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib. "Qırmızı şeytanlar" belçikalı yarımmüdafiəçi ilə şifahi razılıq da əldə ediblər. Tilemans tibbi müayinədən keçə bilmədiyi üçün transferi baş tutmayan "Atalanta"lı Edersonun əvəzləyicisi olacaq.
Təcrübəli oyunçu ötən mövsüm bütün turnirlərdə 34 matçda meydana çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yaddan qalıb. Yarımmüdafiəçi Belçika millisinin heyətində dünya çempionatında da uğurlu çıxış edib.












