13 İyul 2026, 14:08
FUTBOL
"Qəbələ"nin yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının qrafiki müəyyənləşib.
"Qəbələ"nin yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının qrafiki müəyyənləşib. Komanda hazırlıq müddətində ümumilikdə 5 matçda qüvvəsini sınayacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "qırmızı-qaralar"ın ilk oyunu iyulun 14-də "Kəpəz"ə qarşı olacaq. Daha sonra iyulun 19-da "Sumqayıt", 25-də "Şəfa", 31-də "İmişli" və avqustun 4-də "Şamaxı" ilə görüşlər planlaşdırılır.
Qeyd edək ki, yalnız "Sumqayıt"la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.












