"Qalatasaray" klubunun İngiltərənin "Börnli" formasını geyinən Lesli Uqoçukvunun keçidi ilə bağlı hər bir məsələdə razılıq əldə edib. İstanbul təmsilçisi 22 yaşlı mərkəz oyunçusunu bu həftə daxilində İstanbula gətirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər 1 illik icarə müqaviləsi barədə ortaq məxrəcə gəliblər və "sarı-qırmızılılar" bu transfer üçün İngiltərə təmsilçisinə 2 milyon avro ödəyəcəklər.

Futbolçunun çıxış edəcəyi matçların sayından asılı olaraq 22 milyon avroluq məcburi satın alma bəndi aktivləşə bilər ki, bonuslarla birlikdə transferin ümumi dəyərinin maksimum 27 milyon avroya çatacağı gözlənilir.

Qeyd edək ki, gənc futbolçunun Türkiyədəki "+4 legioner qaydası"na uyğun gəlməsi bu keçiddə böyük rol oynayıb. Baş məşqçi Okan Burukun da fiziki gücünə görə müsbət rəy verdiyi 190 santimetr boya malik Nigeriya əsilli fransalı dayaq yarımmüdafiəçisi karyerası ərzində "Çelsi"nin də şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest