FİFA prezidenti Canni İnfantino dünya futbolunda irqçiliyə qarşı mübarizə aparan klubları yüksək dəyərləndirib. Matc.az xəbər verir ki, qurum rəhbəri xüsusən də, “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniora qarşı davranışı pisləyib.
 
“Cəmiyyətdə çox ciddi irqçilik problemi var. Bu barədə bir neçə həftə sonra Banqkokda keçiriləcək FİFA Konqresində danışacağıq. Mənim sevgim və futbolu sevənlərin sevgisi irqçiliyin qurbanı olanlardı. Xüsusilə Vinisius, eyni zamanda bu hücuma məruz qalan digərləri. Bu barədə qərarlı olmalı, zorakılıqla mübarizə aparmalıyıq”, - deyə İnfantino söyləyib.
 
Qeyd edək ki, Vinisius müntəzəm “Real”ın rəqiblərinin azarkeşləri tərəfindən təhqirlərə məruz qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest