“Bura məğlub halda gəlmişdik. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi. Bəzi səhvlərə yol verdik. Bu səviyyəli yarışlarda bunları etməməlisən"

“İlk oyunda neqativ nəticə olmuşdu”.
 
Matc.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje deyib.
 
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunda “Qarabağ”a 2:4 hesabı ilə uduzan Portuqaliya klubu cavab görüşündə 3:2 qalib gəlsə də, mübarizəni dayandırıb: “
Oyunsonrası mətbuat konfransında portuqaliyalı mütəxəssis fikirlərini bölüşüb: “Bura məğlub halda gəlmişdik. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi. Bəzi səhvlərə yol verdik. Bu səviyyəli yarışlarda bunları etməməlisən. Səhvlərimiz cütün taleyini həll etdi”.
 
O, cavab görüşündə heyətdə etdiyi dəyişikliklərdən söz açıb: “Farense” ilə görüşdən sonra bu gün daha dinamik oyunçular meydançada olmalı idilər. 90 dəqiqədə ümumi hesabı bərabərləşdirdik. Buraxdığımız ikinci qol məni çox məyus etdi. Belə turnirdə bu cür səhv bağışlanılmazdır. Artıq bunu unudub, qısa müddətdə qarşıdakı matça bərpa olmalıyıq. Komanda bu gün həm fiziki, həm psixoloji cəhətdən çox güc sərf etdi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest