2020-ci ilin iyulunda Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunan Canni De Byazinin AFFA ilə müqaviləsi bu ayın sonunda başa çatacaq. Matc.az xəbər verir ki, yığma geridə qalan 3 il ərzində italiyalı mütəxəssisin rəhbərliyi altında 4 seçmə mərhələdə mübarizə aparıb.
 
Bunların ikisi UEFA Millətlər Liqasının, digərləri isə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Bu müddətdə yığmamız ümumilikdə 39 oyunda iştirak edib.
 
Komanda De Byazinin başçılığı altında azarkeşlərə yalnız 10 görüşdə qələbə sevinci yaşadıb. Passivinə 21 məğlubiyyət yazdıran milli 8 dəfə də rəqibləri ilə bərabərə qalıb. Həmin matçlarda futbolçularımız 34 dəfə fərqlənib, 56 halda isə özləri meydanın mərkəzinə dəvət olunublar.
 
UEFA Millətlər Liqası – 2020/2021
 
5 sentyabr 2020. Azərbaycan – Lüksemburq 1:2
8 sentyabr 2020. Kipr - Azərbaycan 0:1
10 oktyabr 2020. Monteneqro – Azərbaycan 2:0
13 oktyabr 2020. Azərbaycan – Kipr 0:0
14 noyabr 2020. Azərbaycan – Monteneqro 0:0
17 noyabr 2020. Lüksemburq – Azərbaycan 0:0
 
DÇ-2022-nin seçmə mərhələsi
 
24 mart 2021. Portuqaliya – Azərbaycan 1:0
30 mart 2021. Azərbaycan – Serbiya 1:2
1 sentyabr 2021. Lüksemburq – Azərbaycan 2:1
4 sentyabr 2021. İrlandiya – Azərbaycan 1:1
7 sentyabr 2021. Azərbaycan – Portuqaliya 0:3
9 oktyabr 2021. Azərbaycan – İrlandiya 0:3
12 oktyabr 2021. Serbiya – Azərbaycan 3:1
11 noyabr 2021. Azərbaycan - Lüksemburq 1:3
 
UEFA Millətlər Liqası – 2022/2023
 
3 iyun 2022. Qazaxıstan – Azərbaycan 2:0
6 iyun 2022. Belarus - Azərbaycan 0:0
10 iyun 2022. Azərbaycan – Slovakiya 0:1
13 iyun 2022. Azərbaycan – Belarus 2:0
22 sentyabr 2022. Slovakiya - Azərbaycan 1:2
25 sentyabr 2022. Azərbaycan - Qazaxıstan 3:0
 
AVRO-2024-ün seçmə mərhələsi
 
24 mart 2023. Avstriya – Azərbaycan 4:1
27 mart 2023. İsveç - Azərbaycan 5:0
17 iyun 2023. Azərbaycan – Estoniya 1:1
9 sentyabr 2023. Azərbaycan – Belçika 0:1
13 oktyabr 2023. Estoniya - Azərbaycan 0:2
16 oktyabr 2023. Azərbaycan – Avstriya 0:1
16 noyabr 2023. Azərbaycan – İsveç 3:0
19 noyabr 2023. Belçika - Azərbaycan 5:0
 
Yoldaşlıq görüşləri
 
11 noyabr 2020. Sloveniya – Azərbaycan 0:0
27 mart 2021. Qətər – Azərbaycan 2:1
27 may 2021. Türkiyə - Azərbaycan 2:1
2 iyun 2021. Belarus – Azərbaycan 1:2
6 iyun 2021. Moldova – Azərbaycan 1:0
14 noyabr 2021. Azərbaycan – Qətər 2:2
25 mart 2022. Malta – Azərbaycan 1:0
29 mart 2022. Azərbaycan – Latviya 0:1
16 noyabr 2022. Moldova – Azərbaycan 1:2
20 noyabr 2022. Şimali Makedoniya - Azərbaycan 1:3
12 sentyabr 2023. Azərbaycan – İordaniya 2:1
 
report
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest