Azərbaycan kubokunda 2023/24 mövsümünə start verilib. Matc.az xəbər verir ki, birinci təsnifat mərhələsinin matçları keçirilib.
 
“Füzuli” “Lerik”ə 0:1 uduzub. “Şahdağ Qusar” isə “Qusar” səddini penaltilərlə keçə bilib (0:0, penaltilər seriyası 5:4). “Göygöl” “Dinamo”ya 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adını yazdırıb.
 
Bu gün kubok çərçivəsində daha üç oyun baş tutub. "Cəbrayıl" "Ağdaş"ı, "Kür-Araz" isə "Şəki Siti"ni mübarizədən kənarlaşdırıb. "Bakı Sportinq" isə "Kürmük Qax"ı meydana çıxmağına peşman edib.
 
Azərbaycan Kuboku
19 noyabr
 
"Ağdaş" – "Cəbrayıl" 0:2
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov
Ağdaş şəhər stadionu, 14:00.
 
"Şəki Siti" – "Kür-Araz" 1:2
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli
Şəki şəhər stadionu, 14:00.
 
"Bakı Sportinq" – "Kürmük Qax" 6:0
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə
Binə qəsəbə stadionu, 14:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest