Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Yığma elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılıb. Matc.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq.
 
Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Yığma elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.
 
A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland
 
B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika
 
C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya
 
D qrupu: İspaniya, İtaliya, Sloveniya, çexiya
 
E qrupu Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya
 
Elit-raundda oyunlar 3 ay ərzində baş tutacaq. Tarixlər bu şəkildə müəyyənləşdirilib:
 
11-20 sentyabr
 
2-11 oktyabr
 
11-20 dekabr
 
Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 "ikinci" pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest