"Qvardiola dünyanın ən yaxşı məşqçisidir". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin futbolçusu Erlinq Haland deyib. 
 
Norveçli hücumçunun sözlərinə görə, Qvardiola bütün xırda detallara aludə olur və başqalarının görmədiyini görür: "Məşqçi, klubdakı insanlar və komanda yoldaşlarım sayəsində çox inkişaf etdim.
 
Düşünürəm ki, düzgün istiqamətdə hərəkət edirəm. Və bu çox vacibdir, çünki hələ çox gəncəm. 22 yaşım var və qarşıda məni uzun karyera gözləyir. Böyümək üçün yerim var. Mən bir il əvvəl hara getmək barədə çox düşünürdüm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest