"Kəpəz"i tərk edəcək daha bir futbolçu müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, yarımmüdafiəçi Fərid Nəbiyev böyük ehtimalla komandada qalmayacaq.
 
24 yaşlı orta sahə oyunçusu geridə qalan mövsüm Gəncə təmsilçisində icarə əsasında çıxış edib. İcarə müddəti bitən oyunçu müqavilə ilə çexiya klubu "Viktoriya Jijkov"a məxsusdur.
 
çexlər futbolçunun transferi üçün Premyer Liqa iştirakçısından pul tələb edib. Rəhbərlik isə bunu qarşılamaq iqtidarında deyil. Bu üzdən Nəbiyevin "Kəpəz"ə dönüşü gözlənilmir.
 
Ondan fərqli olaraq, klub müdafiəçilər Elçin Əlicanov və Yusif Nəbiyevlə yeni müqavilə imzalamağa yaxındı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest