Türkiyənın "Beşiktaş" klubu Bakıda "Sabah"a qarşı keçirəcəkləri xeyriyyə oyunu ilə bağlı paylaşım edib.
 
Matc.az xəbər verir ki, videoçarxda İstanbul klubunun yerli və əcnəbi futbolçularının fikirlərinə yer verilib.
 
Oyunçular xeyriyyə matçı ilə bağlı azarkeşlərə çağırış edərək, onları stadiona səsləyiblər.
 
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Sabah" - "Beşiktaş" matçına saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest