Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasının sükanı arxasına əsas namizədlərdən biridir. Matc.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, italiyalı mütəxəssis bu vəzifədə həmyerlisi Eduardo Reyanı əvəzləyə bilər. Albaniya Futbol Federasiyası 77 yaşlı baş məşqçi ilə başa çatan müqaviləni yeniləməyəcək. De Byazi ilə yanaşı, Dino Baccio və Esteban Kambyasso da bu yığmaya rəhbərlik etməyə namizədlərdən hesab olunur. Yeni baş məşqçinin adına dekabrın ortalarında aydınlıq gələcək.
 
Xatırladaq ki, Canni De Byazinin AFFA ilə Aç-2024-ün seçmə mərhələsinin sonunadək müqaviləsi var. 2011-2017-ci illərdə Albaniya yığmasına rəhbərlik etmiş 66 yaşlı mütəxəssis bu komandanı Aç-2016-nın final mərhələsinə çıxarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest