20 İyul 2026, 21:48
FUTBOL
"Bavariya" futbol klubu yarımmüdafiəçisi Konrad Laymer ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.
Matc.az xəbər verir ki, Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkiblər.
Ötən 2025/26 mövsümündə 29 yaşlı Laymer komandanın heyətində meydana çıxdığı 47 matçda 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli oyunçu Avstriya millisinin heyətində başa çatan dünya çempionatında da 4 qarşılaşmada iştirak edib və 1 qolun ötürməsini verib.
Əvvəllər Münhen təmsilçisinin rəhbərliyinin Madrid "Real"ının marağına baxmayaraq, vinger Maykl Olisenin satış variantını nəzərdən keçirmədiyi bildirilirdi.













