Argentina yığmasının dünya çempionatındakı ikinciliyindən sonra ölkədə keçirilən bayram şənlikləri zamanı azı üç nəfər həyatını itirib.
Matc.az xəbər verir ki, "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, bədbəxt hadisələrdən biri Rosario şəhərində qeydə alınıb. Küçədə hərəkət edən avtomobilin kuzovundan yıxılan 47 yaşlı Erika Silvana başından aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.
Neuken şəhərində isə azarkeşlərin sıx olduğu məkanda fişəngin partlaması nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə ağır yaralanıb. Paytaxt Buenos-Ayresdə isə 67 yaşlı kişinin həlledici qarşılaşmanı izlədiyi vaxt ürəyi dayanıb.
Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olub. Bu qələbə sayəsində "Furiya Roxa"nın baş məşqçisi Luis de la Fuente dünya çempionatını qazanan ən yaşlı mütəxəssis kimi tarixə düşüb.













