Futbol üzrə 2026-cı il dünya çempionatında bürünc medalın sahibi məlum olacaq.
Matc.az xəbər verir ki, üçüncü yer uğrunda keçiriləcək təsəlli verici qarşılaşmada Avropanın iki nəhəng komandası – Fransa və İngiltərə yığmaları üz-üzə gələcək.
Mayamidəki "Hard Rok" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə iyulun 19-na keçən gecə saat 01:00-da start götürəcək. Görüşü venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.
Xatırladaq ki, Fransa seçməsi yarımfinalda İspaniyaya uduzub. Tomas Tuxelin baş məşqçisi olduğu İngiltərə millisi isə Argentinaya məğlub olaraq final şansını əldən verib.
Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.
DÇ-2026
3-cü yer uğrunda oyun
19 iyul (bazar)
01:00. Fransa - İngiltərə
Baş hakim: Xesus Valensuela
Baş hakimin köməkçiləri: Xorxe Urreqo, Tulio Moreno
Dördüncü hakim: Cəlal Cayed
VAR: Leodan Qonsales
AVAR: Armando Vilyarreal
Dəstək VAR hakimi: Karlos Del Serro Qrande
"Hard Rok" stadionu (Mayami)













