Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının İspaniyaya 0:1 hesabı ilə uduzduqları final oyununun başa çatmasından dərhal sonra meydanda dava salıb.

Matc.az xəbər verir ki, "albiseleste"nin oyunçusu əvvəlcə "Barselona"nın müdafiəçisi Erik Qarsiyanı itələyib, daha sonra isə kataloniyalıların digər yarımmüdafiəçisi Qavini yerə yıxıb.

Yaranan gərginliyi yatırmaq və futbolçuları sakitləşdirmək üçün prosesə hər iki komandanın məşqçilər heyəti və digər oyunçuları müdaxilə etməli olublar.

Qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olan Paredes oyun ərzində 4 qayda pozuntusu edib və onlardan birinə görə sarı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, Argentina yığması əlavə vaxtda buraxdığı qolla İspaniyaya məğlub olaraq dünya çempionatları tarixində dördüncü dəfə finalda gümüş medallarla kifayətlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest