"Aston Villa" klubu "Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomeşin transferini rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Keçidin maliyyə detalları rəsmi olaraq açıqlanmasa da, braziliyalı oyunçunun transferi Birmingem təmsilçisinə 35 milyon funt-sterlinqə başa gəldiyi bildirilir.
Cari "transfer pəncərəsi"ndə "Mançester Yunayted", "Liverpul" və "Atletiko" da Joao Qomeşlə yaxından maraqlanıb. İspaniya klubu "Vulverhempton"la 45 milyon avroluq transfer məbləğində, futbolçunun özü ilə isə şəxsi müqavilənin şərtlərində tam razılığa gəlsə də, son anda agent Jorje Mendeşin fəaliyyətindən narazı qaldığı üçün bu keçiddən imtina edib.
Qeyd edək ki, Unai Emerinin baş məşqçi olduğu "Aston Villa" ötən mövsüm Premyer Liqanı 4-cü sırada tamamlayıb və UEFA Avropa Liqasının qalibi olub.













