"Neftçi"nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqibi bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Turnirin 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq Bakı təmsilçisi bu səddi adlayacağı təqdirdə, növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən, səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" növbəti mərhələyə yüksələcəkləri təqdirdə ilk oyunu doğma meydanda, cavab görüşünü isə səfərdə keçirəcəklər.

Qeyd edək ki, UEFA Konfrans Liqasında bu mərhələnin qarşılaşmaları avqustun 6-sı və 13-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest