Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra məyusluğunu gizlətməyib.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi məlumat yayıb.
Bildirilir ki, 48 yaşlı mütəxəssis hətta azlıqda qaldıqları final qarşılaşmasında son saniyəyə qədər mübarizə aparan komandasına turnir boyu keçdiyi uğurlu yola görə təşəkkür edib. İspaniyanın həmin gün daha güclü olduğunu etiraf edən çalışdırıcı, meydanda hər şeylərini qoyduqlarını vurğulayıb. Mütəxəssis bu səviyyəyə çatmağın həddindən artıq çətin olduğunu və gümüş medal qazanmağın da böyük bir nailiyyət kimi yüksək qiymətləndirilməli olduğunu söyləyib.
"Kədərlənirəm, lakin eyni zamanda bilirəm ki, biz meydanda tamamilə hər şeyimizi verdik. Bu məqama necə gəlib çıxdığımız barədə çox şey deyə bilərdim, amma indi bunun heç bir mənası yoxdur. Bizə daha bir dünya çempionatı finalı bəxş etdikləri və sonadək vuruşduqları üçün bu uşaqlara sonsuz təşəkkürümü bildirirəm. İspaniya daha güclü idi – bu, həqiqətdir" deyə Skaloni qeyd edib.
Qeyd edək ki, final matçının ən yaxşı oyunçusu yeganə qolun müəllifi Ferran Torres seçilib. Final fitindən sonra meydanda kütləvi dava salan Leandro Paredesin hərəkətləri gərginliyi daha da artırıb. Mükafatlandırma zamanı emosiyalarını saxlaya bilməyən Lionel Messi meydanda göz yaşlarına qərq olub. Təcrübəli hücumçu həm bombardirlik yarışında Kilian Mbappeyə uduzub, həm də FİFA tərəfindən turnirin ən yaxşı oyunçusu mükafatından (mükafat Rodriyə verilib) məhrum edilib.













