20 İyul 2026, 21:56
FUTBOL
"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers "Çelsi" ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilir ki, futbolçu London klubu ilə 6 illik rəsmi müqaviləyə qol çəkib. Sözləşməyə əsasən, müqavilənin müddətini daha bir mövsüm uzatmaq variantı da mövcuddur.
"Zadəganlar" bu transfer üçün heç bir bonus olmadan qarşı tərəfə 117 milyon funt-sterlinq (137 milyon avro) sabit məbləğ ödəyəcək.
Ötən mövsüm Rocers "Aston Villa"nın heyətində bütün turnirlərdə ümumilikdə 55 matça çıxıb, 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında gənc futbolçunun hazırkı dəyəri 90 milyon avro təşkil edir.













