"Zirə"nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi mümkün rəqibi bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, turnirin 2-ci təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq qəsəbə təmsilçisi bu səddi adlayacağı təqdirdə, növbəti raundda "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Səpələnməmişlər səbətində yer alan "qartallar" növbəti mərhələyə yüksələcəkləri təqdirdə ilk oyunu doğma meydanda, cavab görüşünü isə səfərdə keçirəcəklər.

Qeyd edək ki, UEFA Konfrans Liqasında bu mərhələnin qarşılaşmaları avqustun 6-sı və 13-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest