İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının final oyununda Argentinaya qarşı qazanılan qələbəni (1:0) şərh edib.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandası ilə qürur duyduğunu bildirib:
"Bu ideya ilə böyüyən, ona sadiq qalan və inkişaf etdirən bu nəsil üçün qürur hissi keçirirəm. Bu futbolçular komanda işinin nümunəsini nümayiş etdirdilər, vahid bir kollektiv oldular. Onlar möhtəşəmistedada malik yaxşı və böyük oyunçulardır. Qürur duyuram, emosiyalar çoxdur. Bu oyunçu nəsli ilə biz hər şeyi qazandıq.
Düşünürəm ki, matç daha tez başa çatmalı idi. Martinesin seyvləri bizə daha tez qol vurmağa imkan vermədi, bu ana qədər hesabı açmağa mane oldu. Amma bu, dünya çempionatının finalıdır, burada hətta 10 nəfər qalmış rəqibə qarşı da dözmək lazımdır, biz hər şeyə hazır idik".
Qeyd edək ki, həlledici qarşılaşmada yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.













