Ötən mövsüm başa çatandan sonra “Qarabağ”dan ayrılan Xayme Romeronun yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İspaniyanın “Kartaxena” klubu ilə anlaşıb.

Ötən mövsüm başa çatandan sonra “Qarabağ”dan ayrılan Xayme Romeronun yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İspaniyanın “Kartaxena” klubu ilə anlaşıb.
 
İspaniyalı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, Romero 2019-cu ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. O, Ağdam klubunun heyətində meydana çıxdığı 69 oyunda 14 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. 4 ay idi klubsuz olan Xayme, bir neçə gün öncə “Kartaxena”nın düşərgəsinə baxışa dəvət olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest