"Real" rəhbərliyi İspaniya Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın fəaliyyət göstərdiyi dövrdə "Barselona"nın qazandığı bütün titullardan məhrum edilməsi xahişi ilə Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəsmi müraciət ünvanlayıb.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Neqreyra 2001-ci ildən 2018-ci ilə qədər La Liqanın hakimlər komitəsində rəhbər vəzifə tutub. Bu müddət ərzində kataloniyalılar 30-dan çox titul, o cümlədən 9 çempionluq və 4 Çempionlar Liqası qalibiyyəti qazanıblar.

Xatırladaq ki, 2023-cü ildə "Barselona"ya qarşı rüşvətxorluq ittihamı irəli sürülüb. 2001-2018-ci illər ərzində "Barselona"nın podratçı şirkətlər vasitəsilə Neqreyraya pul köçürdüyü iddia edilir.

"Barselona" İspaniyanın son çempionudur. "Real" isə 2025/2026 mövsümündə La Liqada ikinci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest