Fransız vinger Alen Sen-Maksimen "Şarlott" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı fransızla müqavilə 3 illik – 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Sen-Maksimen "Şarlott"a azad agent statusu ilə keçib, onun "Lans" ilə müqaviləsi bu ilin iyun ayında başa çatıb.

Sen-Maksimen "Lans"dan başqa, "Sent-Etyen", "Monako", "Hannover", "Bastiya", "Nitsa", "Nyukasl", "Əl-Əhli", "Fənərbaxça" və Meksikanın "Amerika" kimi klublarında çıxış edib.

O, Fransanın müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclərdən ibarət yığmalarında 32 oyuna 9 qol vurub. Vingerin transfer dəyəri 10 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest