çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq "Beşiktaş" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kevin Nkudu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kevin zədə səbəbindən "Borussiya" ilə oyunun heyətindən çıxarılıb.
 
"Qara qartallar"ın daha iki futbolçusu – Domaqoy Vida və Aleks Teyşeyra da zədə səbəbindən "Borussiya" ilə görüşdə forma geyinə bilməyəcək.
 
Bu gün keçiriləcək "Beşiktaş" – "Borussiya" (Dortmund) oyunu saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest