"Milan"ın hücumçusu Zlatan İbrahimoviç UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Liverpul"la keçiriləcək səfər oyununu buraxacaq. Matc.az xəbər verir ki, 39 yaşlı futbolçu zədə səbəbindən bu oyunda komandasına kömək edə bilməyəcək.
 
İsveçli forvard bu səbəbdən komandasının iştirak ərizəsinə də daxil edilməyib.
 
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Liverpul" - "Milan" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest