Aç-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İtaliya - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İtaliya yığmasının hücumçusu Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Qarşılaşmada hesabı da məhz gözəl qola imza atan Kyeza açıb.
 
Qeyd edək ki, İtaliya - İspaniya matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penalti seriyasında 4:2 hesabıyla üstün olan italyanlar finala yüksəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest