Avstriyada yay təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın növbəti sınaq matçlarının proqramı müəyyənləşib.
Avstriyada yay təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın növbəti sınaq matçlarının proqramı müəyyənləşib. Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində eyni gündə iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qurban Qurbanovun yetirmələri hər iki qarşılaşmaya iyulun 1-də çıxacaqlar.
"Qarabağ"ın Ukrayna təmsilçisi "Xarkov" ilə keçirəcəyi ilk oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Bu görüş klubun rəsmi "YouTube" kanalı vasitəsilə canlı təqdim olunacaq.
Günün ikinci matçında "Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq bu qarşılaşma isə "Sport TV" kanalı ilə canlı yayımlanacaq.













