"Neftçi" yeni mövsüm öncəsi hazırlıq planının ikinci dövrünə başlayıb. Komanda artıq təlim-məşq toplanışının keçiriləcəyi məkanda ilk hazırlıq prosesini reallaşdırıb.
"Neftçi" yeni mövsüm öncəsi hazırlıq planının ikinci dövrünə başlayıb. Komanda artıq təlim-məşq toplanışının keçiriləcəyi məkanda ilk hazırlıq prosesini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, iyunun 29-da Bakıdan Sloveniyaya uçan flaqman bu gün Moravske Toplitse şəhərində günün ilk məşqinə çıxıb. "Ağ-qaralar"ın oradakı hazırlığı axşam saatlarında nəzərdə tutulan ikinci məşqlə davam edəcək.
baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında sabah da günü iki məşqlə tamamlayacaq komanda iyulun 2-də ilk sınaq matçında qüvvəsini yoxlayacaq.
Qeyd edək ki, "Neftçi"nin Sloveniyadakı təlim-məşq toplanışı iyulun 14-nə qədər davam edəcək.













