"İş penaltilərə qədər getmədən matçın taleyini həll etməli idik".
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman komandasının 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlub olmasından sonra futbolçuların daxilən çökmüş vəziyyətdə olduğunu bildirib.
Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bu uğursuz nəticənin əsas səbəblərindən biri kimi oyunçularının meydandakı yavaş kombinasiyalı çıxışını göstərib.
"Paltardəyişmə otağında əsl ruh düşkünlüyü ab-havası hökm sürür. Təəssüf ki, futbol bəzən belə qurulur: bəzi komandalar sadə üsullardan istifadə edərək qalib gələ bilirlər. Və bu cür üsullardan müdafiə olunmaq lazımdır. Biz rəqibi hücuma keçməyə məcbur etməzdən əvvəl çox ləngidik. Topu cərimə meydançasına daha tez-tez ötürə bilərdik. İş penaltilərə qədər getmədən matçın taleyini həll etməli idik. Bizim kombinasiyalı oyunumuz çox yavaş idi".
Qarşılaşmada Paraqvay millisi sensasiyaya imza ataraq əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Almaniyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib və cari dünya çempionatının 1/8 finalına yüksəlib.
Qarşılaşmanın ən yaxşı oyunçusu isə penaltilər seriyasında iki 11 metrlik zərbəni dəf edən Paraqvay yığmasının qapıçısı Orlando Xil seçilib.













