Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, futbolsevərlər mundialın növbəti oyun günündə 1/16 finalın daha bir qarşılaşmasına şahid olublar.
Norveç Fil Dişi Sahilini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
1/16 final
30 iyun
Fil Dişi Sahili – Norveç - 1:2
Qollar: Diallo, 74 // Nusa, 39, Haland, 86
Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Semyon Şlonçak, Viktor Matyaş
Dördüncü hakim: Maykl Oliver
VAR: Tomaş Kviatkovski
AVAR: Bartoş Frankovski
Dəstək VAR hakimi: Stüart Attvell
"Lumen Fild" stadionu (Sietl, ABŞ)
Fil Dişi Sahili: Yovon Konan, Vilfrid Sinqo, Usman Diomande, Evan Ndika, Kristofer Operi, Seko Fofana, Frank Kessie, Seri Jan Mişel, Simon Adinqra, Sebastyen Aller, Umar Diakite.
Ehtiyat oyunçular: Yəhya Fofana, Badra Əli Sanqare, Villi Boli, Odilon Kossunu, İsmael Diallo, İbrahim Sanqare, Lazare Amani, Maks Qradel, Karim Konate, Kristian Kuame, Conatan Bamba, Jeremi Boqa, Nikola Pepe.
Baş məşqçi: Emerse Fae.
Norveç: Oryan Nüland, Yulian Rayerson, Andreas Hançe-Olsen, Leo Estiqor, David Volfe, Martin Edeqor, Patrik Berq, Sander Berqe, Oskar Bobb, Erlinq Holand, Antonio Nusa.
Ehtiyat oyunçular: Matias Dyunqeland, Eqil Selvik, Kristoffer Ajer, Yasper Daland, Markus Holmqren Pedersen, Kristian Torstvedt, Hüqo Vetlesen, Morten Torsby, Aron Dönnum, Yörgen Strand Larsen, Aleksander Serlot, Andreas Şyolderup.
Baş məşqçi: Stole Solbakken.













