30 İyun 2026, 09:30
DÇ-2026
2026-cı il dünya çempionatında 1/8 finalın ilk cütlüyü müəyyənləşib. Turnirin 1/4 final mərhələsinə vəsiqə qazanmaq uğrunda Kanada və Mərakeş yığmaları qarşılaşacaqlar.
Matc.az xəbər verir ki, Kanada millisi 1/16 final mərhələsinin ilk oyununda CAR-a minimal hesabla (1:0) qalib gələrək 1/8 finalın ilk iştirakçısı olub.
Kanadalıların rəqibi Mərakeş yığması olacaq. Afrika təmsilçisi pley-off mərhələsinin ilk raundunun mərkəzi qarşılaşmalarından birində Niderland millisini turnirdən kənarlaşdırıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdıqdan sonra penaltilər seriyasında daha dəqiq oynayan mərakeşlilər olublar.
Qeyd edək ki, Kanada – Mərakeş matçı iyulun 4-də keçiriləcək.













