Türkiyənin “Antalyaspor” klubu üç futbolçusu ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Antalya klubu Hakan Özmert, Eren Albayrak və Veysel Sarı ilə yeni müqavilə bağlayıb. Veysel Sarı 3, Eren Albayrak 2+1, Hakan Özmert isə 1 illik müqaviləyə imza atıb.
 
36 yaşlı yarımmüdafiəçi - Hakan Özmert 2018, 30 yaşlı sol cunah müdafiəçisi Eren Albayrak 2019, 32 yaşlı sağ cinah müdafiəçisi Veysel Sarı isə 2020-ci ildən “Antalyaspor”un uğurları üçün çalışır. 
 
Qeyd edək ki, Ersun Yanalın çalışdırdığı “Antalyaspor” Super Liqada geridə qalan mövsümü 44 xalla 16-cı pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest