Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun qalan oyunları üçün bütün təyinatlar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sabah baş tutacaq "Qarabağ" – "Zirə" matçını Rəşad Əhmədov idarə edəcək.
 
"Sumqayıt" – "Sabah" qarşılaşmasında isə Kamal Umudlu iş başında olacaq.
 
Azərbaycan Premyer Liqası
25-ci tur
4 may
 
"Qarabağ" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. "Azersun Arena", 18:00.
 
"Sumqayıt" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Sumqayıt. "Kapital Bank Arena", 20:15.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest