UEFA Serbiyanın “Srvena Zvezda” klubunu 25 min avro məbləğində cərimələyib.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Sözügedən klubuna cəzalanmasına Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan İtaliya “Milan”ı ilə ilk oyunda baş verən hadisələr səbəb olub. Belə ki, qonaq komandanın hücumçusu Zlatan İbrahimoviç bu qarşılaşmada təhqir olunub. Görüş azarkeşsiz keçirilsə də, yerli fanatlar tribunaya girməyi bacararaq, oyunçunun ünvanına nalayiq ifadələr işlədiblər.
 
Klub karantin qaydalarına riayət edilmədiyi üçün əlavə 5 min avro ödəyəcək. “Srvena Zvezda” növbəti avrokubok oyununu da azarkeşsiz keçirməli olacaq.
 
Qeyd edək ki, Serbiyadakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İtaliyadakı cavab görüşündə də 1:1 hesabı qeydə alındığından, “Milan” 1/8 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest